"Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanları yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".
“İki sahil” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 32-ci il dönümü ilə bağlı "X" hesabında paylaşımında bildirib.
Diplomat qeyd edib ki, onun ölkəsi də bu ağrını anlayır: "Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla günahsız həyatların anlamsız şəkildə qətlə edilməsinə şahid olmağın dəhşətini anlayırıq. İstər 1992-ci ilin fevralında, istərsə də 2023-cü ilin oktyabrında bu cür vəhşiliklər bizi ədalətsizlik və nifrətlə mübarizəni davam etdirməyə və ümumi insanlığı qorumağa məcbur edir", - səfir deyib.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib