Fevralın 26-da İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində Xocalı soyqrımının 32-ci ildönümü ilə əlaqədar “Xocalı – əsrin faciəsi” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıblar.
Sonda Xocalı faciəsindən bəhs edən videoçarx və tələbələrin ifasında ədəbi bədii-kompozisiyalar nümayiş olunub.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib