Azərbaycanın “ADY Container” şirkəti İsveçrənin “Hupac Intermodal” şirkəti ilə əməkdaşlığa başlayıb.
AZƏRTAC “Hupac Intermodal”a istinadla bildirir ki, İsveçrənin “Hupac Intermodal” nəqliyyat-logistika şirkəti Azərbaycan dəmir yolları ilə əməkdaşlıq edərək Avropa, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanı əlaqələndirəcək.
“Bununla da Almaniya, Benilüks ölkələri, İtaliya, Polşa, İspaniyadan olan sənaye qrupları Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanla əlaqələndiriləcək. Bu, etibarlı və zamanında ünvana çatan intermodal daşınmalarıdır”, - deyə şirkətin məlumatında bildirilir.
Azərbaycanın daxil olduğu regionda yaşıl enerji ilə bağlı 2,2 mlrd. dollarlıq şirkət yaradılıb
Moskva və Bakı arasında enerji tərəfdaşlığı bərpaolunan enerji mənbələri sahəsində genişlənə bilər – rusiyalı ekspert