"Liverpul"un rəhbərləri baş məşqçi Yurgen Kloppun şərəfinə parad təşkil etmək istəyirlər.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Bir ay əvvəl Yurgen Klopp 2023/24 mövsümünün sonunda klubdan ayrılacağını açıqlamışdı. Mersisayd təmsilisinin rəhbərliyi azarkeşlərin alman çalışdırıcı ilə vidalaşmaq üçün tam imkana malik olmasını istəyir.
Klopp 8 oktyabr 2015-ci ildə "Liverpul"un baş məşqçisi təyin edilib. Onun rəhbərliyi altında komanda UEFA Çempionlar Liqası, Premyer Liqa, FA Superkuboku, FIFA Klublararası Dünya Çempionatı, İngiltərə Kuboku, Liqa Kuboku və UEFA Super Kubokunun qalibi olub.