27 fevral 2024 15:47
288

AFFA beş komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi 5 komandaya texniki məğlubiyyət verib.

"İki sahil" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, U-14 Qızlar Liqasında “Gəncə İdman Liseyi” və “Şəmkir” eyni cəza ilə üzləşiblər.

“Gəncə İdman Liseyi” "Ümid"lə (Gəncə), Şəmkir klubu isə "Kəpəz"lə görüşdə təyin olunan vaxtda meydana çıxmayıb.

AFFA Yüksək Qızlar Liqasında "Şəmkir", Balakənin "Balxurma" və Ağcabədinin "Olimpiya" kollektivləri də texniki məğlubiyyətlə üzləşiblər.

"Şəmkir" "Neftçi" ilə qarşılaşmada, "Balıxurma" isə "Baku Juniors"la matçda təyin olunan vaxtda meydanda olmayıb və oyunlar gerçəkləşməyib.

"Olimpiya" komandasının heyətində isə "Araz-Naxçıvan"la dueldə yetərsay olmayıb.