28 fevral 2024 08:21
296

Keçmiş məcburi köçkün: Növbəti çərşənbələrimizi artıq Laçında qeyd edəcəyik

32 il idi ki, Laçını görmürdük, indi gözəl vətənimizə – Laçınımıza qayıdırıq.

“İki sahil” xəbər verir ki, bu barədə Laçın sakini Bəşirova Şəkər danışıb.

Doğma yurduna qayıdan keçmiş məcburi köçkün Azərbaycan ordusunun şəhid olmuş hərbi qulluqçularına rəhmət, qazilərə isə şəfa diləyib. O həmçinin yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

“Növbəti çərşənbələrimizi tonqaldan tullanaraq orada qeyd edəcəyik”, – deyə yaşlı qadın gülərək söyləyib.

Xatırladaq ki, bu gün, fevralın 28-də, Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb.