28 fevral 2024 09:10
268

Kürdəmir rayonunda müxtəlif növ silah-sursat tapılıb

Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Ucarlı kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “İki sahil”ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.