28 fevral 2024 09:23
262

"Qarabağ" "Qəbələ"yə qarşı

Bu gün Misli Premyer Liqasının 23-cü turundan təxirə salınan “Qəbələ” – “Qarabağ” matçı oynanılacaq.

“İki sahil” xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.

Bu, "Qəbələ"nin yeni baş məşqçi Kaxaber Sxadadzenin rəhbərliyi altında ilk oyunu olacaq.

19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov