28 fevral 2024 10:12
327

Medvedev: Qərb liderlərinin Kiyevə səfərləri seçiciləri problemlərdən yayındırmağa hesablanıb

“Qərb liderlərinin Kiyevə “teatr səfərləri” öz seçicilərinin diqqətini yığılmış problemlərdən yayındırmaq üçündür”.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, “Ayrı-ayrı NATO ölkələrinin qoşunlarının Kiyevə enməsi ilə bağlı şiddətli və son dərəcə təhlükəli çovğun” “Bonapartın xırda varisləri” tərəfindən həyata keçirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”