Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsın rəhbərlik etdiyi şirkət təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanın enerji keçidi gündəliyində duran məsələlər, ölkədə həyata keçirilən və planlaşdırılan "yaşıl enerji" layihələri, həmçinin yaşıl hidrogen də daxil olmaqla bərpa olunan enerjinin ixracı planları haqqında məlumat verilib.
Günəş və külək enerjisi layihələri, bioenerji, yaşıl hidrogen, enerji səmərəliliyi, yaşıl texnologiyaların istehsalı kimi sahələrdə Alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub