İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.
“Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını məmnunluqla vurğuladıq. İqtisadi tərəfdaşlığın gücləndirilməsi, turizm və investisiyalar sahəsində birgə fəaliyyətin təşviqi imkanlarını nəzərdən keçirdik” - deyə Mikayıl Cabbarov bildirib.
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub
Qusarda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib