28 fevral 2024 15:08
363

Avropa klubları Semih üçün elçi düşüblər - FOTO

Türkiyə Superliqasında son oyunlarda vurduğu qollarla parlayan  gənc ulduz Semih Kılıçsoy indidən transfer gündəminin əsas oyunçusuna çevrilib.  “Beşiktaş” klubunun oyunçusu üçün artıq Avropa klublarından dəvət gəldiyi bildirilir.

“İki sahil” Türkiyənin “Sabah” nəşrinə istinadla xəbər verir ki,  Superliqada keçirdiyi 14 oyunda 9 qol vuran 18 yaşlı futbolçu ilə Almaniya, İngiltərə, İspaniya klubları maraqlanır. Hələlik konkret təklif “Arsenal”  klubundan gəlib.

Bildirilir ki, martın 3-də keçiriləcək “Qalatasaray”-“Beşiktaş” oyununu tribunalardan izləyənlər arasında Semih üçün İstanbula gələcək Avropa klublarının skautları da olacaq.

Vüsal Cahanov, "İki sahil"