28 fevral 2024 16:19
270

Azərbaycanın şahmat millisi Gürcüstan yığması ilə heç-heçə edib

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.

Azərbaycan Şahmat Federasiyasından "İki sahil"ə verilən məlumata görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma ilk oyun günündə ağ fiqurlarla mübarizə aparıb.

Bütün partiyalar heç-heçə başa çatıb - 2,5:2,5.

Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.

Qeyd edək ki, qarşılaşma rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.