28 fevral 2024 21:44
270

Azərbaycan atıcıları Avropa çempionatında daha bir medal qazanıblar - FOTO

Azərbaycan atıcıları Macarıstanın Dyör şəhərində təşkil olunan Avropa çempionatında daha bir medal əldə ediblər.

“İki sahil” Federasiyanın mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət heyət komanda yarışında üçüncü olub.

Xatırladaq ki, daha öncə Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət milli isə oğlanlar arasında komanda yarışında eyni uğura imza atıblar.