Niyyət protokolu imzalanmamışdan əvvəl birlikdə çalışırdıq.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Voleybol Federasiyası ilə bağladıqları sözləşmə ilə bağlı danışarkən deyib.
O, birgə fəaliyyətlərinin yeni mərhələyə qədəm qoyduğunu söyləyib: "Bu, ölkədə voleybolun inkişafına daha da təkan verəcək".
Ç.Hüseynzadə başqa federasiyalarla da əməkdaşlıq edəcəklərini vurğulayıb: "Basketbol, Həndbol federasiyaları ilə də bu işi həyata keçirəcəyik".
MOK rəsmisi AFFA ilə də müəyyən işlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.