Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində qazıntı aparılan zaman kütləvi insan qalıqları aşkarlanıb. Meyitlərdən birini tanıyan Xocalı sakini infarkt keçirib.
“İki sahil” xəbər verir ki, bununla bağlı süjet Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanıb.
Bildirilib ki, hazırda Nəzakət xanım xəstəxanadadır, danışa bilmir.
O, qardaşı Akifi geyimindən tanıyandan sonra infarkt keçirib.
Qeyd edək ki, Nəzakət xanım Xocalı soyqırımı zamanı təkcə qardaşını deyil, anasını və digər yaxın qohumlarını da itirib.
Daha ətraflı videoda:
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib