01 mart 2024 10:50
873

“Xocalıya ədalət!“ beynəlxalq kampaniyası yüksək qiymətə layiqdir

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun misilsiz qəhrəmanlığı ərazi bütövlüyümüz bərpa olundu. Bütöv Azərbaycan qanlı Xocalı qoyqırımını hüznlə, amma başıuca, alnı açıq, qalib xalq və dövlət kimi qeyd edib. 

30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş və bu müddətdə dağıdılmış, məhv edilmiş yurd yerlərimiz, əzəli,əbədi torpaqlarımız öz azadlığına qovuşub. Xocalı soyqırımının 32-ci ildönümünü məhz Xocalıda xocalılarla yad edən Müzəffər Ali Baş Komandan bir daha nümayiş etdirdi ki,o xalqın Prezidenti olaraq hər zaman onların yanındadır. 

2023-cü ildə oktyabrın 15-də Xocalıda üçrəngli bayrağımız ucaldıldı. 30 ildən sonra biz Xocalıya qayıtdıq. Fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı Memorial Kompleksinin təməlini qoydu. Bu təməl Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətləri böyük olmuşdur. Məhz onun təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət !“ beynəlxalq kampaniyası yüksək qiymətə layiqdir. Bu kampaniya çərçivəsində mütəmadi olaraq dünyanın müxtəlif ölkələrində tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdır.

Ölkəmizi böyük uğurlar,nailiyyətlər gözləyir. Qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri nəticəsində keçmiş məcburi köçkünlərin öz tarixi ata-baba yurdlarına qayıdacağı,burada əbədi xoşbəxt ,təhlükəsiz şəraitdə yaşayacağı tarix uzaq gələcək deyil.

Gülnarə Babayeva,
Bakı şəhəri, Xətai rayonu 316 saylı k/evi uşaq bağçasında müəllimə,
YAP Xətai rayon təşkilatının üzvü