01 mart 2024 10:57
953

Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verən cinayətdir!

Bakı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır. Həmin gecə “erməni”təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri qırğında 613 nəfərin,o cümlədən 106 qadının,63 uşagın həyatına son qoyuldu,487 nəfər əlil oldu. 1275 nəfər əsir götürüldü, 155 nəfərin taleyindən isə hələdə xəbər yoxdur. 8ailə tamamilə məhv edilmişdir. Xocalı faciəsi dünya mətbuatında geniş işıqlandırılmışdır.

Faciyədən artıq bir neçə gün sonra LONDON, MOSKVA, PARİSDƏ çıxan qəzetlərdə erməni vandalizminin Xocalıda törətdiyi vəhşiliklərdən danışılırdı. 1992 ci il martın 13 də ”ИЗВЕСТИЯ” qəzetində müxbir Vadim Belıxın reportajı dərc edilmişdir.O,hər bir normal insanın ruhunu lərzəyə gətirə biləcək və şəxsən şahidi olduğu faktları təsvir etmişdir.

Fransanın ”KRUA L.EVENEMAN” jurnalının 25 fevral 1992 ci il tarixli nömrəsində: Ermənilər Xocalıya hücum etmişdilər.Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu.Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər-deyilir.

“SANDİ TAYMS” qəzeti (LONDON),9 mart 1992 ci il:Ermənilər Agdama tərəf gedən dəstəni güllələmişlər.Azərbaycanlılar 1200 ə qədər cəsəd saymışlar. “TAYMS” qəzeti (LONDON), 4 mart 1992 ci il: Çoxları eybəcər hala salınmışdır,körpə qızın ancaq başı qalmışdır. “ FAYNENŞL TAYMS” qəzeti ( LONDON),14 mart 1992 ci il General Polyakov bildirmişdir ki,366 cı alayın 103 nəfər erməni hərbiçisi Daglıq Qarabagda qalmışdır.

“LE MOND” qəzeti ( PARİS),14 mart 1992 ci il:Agdamda olan xarici jurnalistlər,Xocalıda öldürülmüş qadın və uşaqlar arasında işgəncəyə məruz qalmış,dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu Azərbaycan təbligatı deyil,bu reallıqdır. “Известия”(Москва), 13 mart 1992 ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın,uşaq,qocalar görünürdü. “Varel Aktuel” jurnalı ( Paris), 14 mart 1992 ci il: Bu muxtar regionda erməni silahlı dəstələri yaxın şərqdən çıxmışlarla birlikdə müasir texnikaya o cümlədən vertolyotlara malikdirlər.Ermənilər 100 dən artıq müsəlman kəndləırində qırğınlar törədərək Qarabagdakı azərbaycanlıları məhv etmişlər.

ABŞ-nın CNN, CNBC- telekanallarında da Xocalı soyqırımına həsr olunmuş reportajlar yayımlanmışdır. Bütün bu materiallar 20 il əvvəl ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi cinayət barədə məlumat verilir. Türkiyənin “CNN türk” televiziya kanalının “ ƏYRİSİ-DOGRUSU” proqramında da XX-əsrin ən dəhşətli faciyələrindən biri olan Xocalı soyqırımından bəhs olumuşdur. Almaniyanın nüfuzlu “DİE WELT” 25 fevral tarixli nömrəsində Xocalı faciyəsi haqqında “ PÜSKÜRƏN VULKANA BƏNZƏYƏN EMOSİYALAR” sərlövhəli məqalə dərc edilmişdir. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “XOCALIYA ƏDALƏT!” beynəlxalq kompaniyası çərçivəsində keçirilən tədbirlər barədə informasiyalardan həmin beynəlxalq qurumların üzvü olan ölkələrin xəbər agentliklərinin internet səhifələrində geniş istifadə olunmuşdur. Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı “ XOCALI SOYQIRIMI GÜNÜ” elan etmişdir. Həmin gün bütün Azərbaycan Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri,nüfuzlu beynəlxalq təşkilatları,beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli,insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.

Aynurə Nəbiyeva,
YAP Xətai rayon təşkilatının üzvü