Cəmiyyətdə belə bir fikir hakimdir ki, xoşbəxt və sağlam olmaq üçün mütləq evlənməlisən.
“İki sahil” xəbər verir ki, “Daily Mail” nəşri bunun əksini ortaya qoyan araşdırma yazısı təqdim edib.
Nəşr yazır ki, alimlər bu məsələni hərtərəfli araşdırdıqdan sonra belə qənaətə gəliblər ki, məşhur yanaşma mifdən başqa bir şey deyil.
Mütəxəssislər evli cütlüklər və heç vaxt evlənməmiş və ya evlənmək arzusunda olmayan insanların psixi və fiziki sağlamlığı ilə bağlı məlumatları təhlil ediblər. Nəticələr göstərib ki, evlilik heç də uzunmüddətli perspektivdə rifahı yaxşılaşdırmır.
Tədqiqatçılar, eyni zamanda, intihar, depressiya, tənhalıqla bağlı araşdırmaları analiz etdikdən sonra tənha insanların psixi və fiziki sağlamlıqları ilə bağlı sorğu keçiriblər. Məlum olub ki, onlar evli olanlarla müqayisədə bütün parametrlər üzrə daha yaxşı vəziyyətdədirlər.
Mütəxəssislərin araşdırması göstərib ki, evliliyin xoşbəxtlik gətirdiyi haqqında fikirlər çox şişirdilib.
Nüsrət Məmmədov, "İki sahil"