01 mart 2024 13:42
575

Onları birləşdirən nədir? Zamiqlə Zülfiyyə "Sənlə mən" dedilər - KLİP

Uzun zaman gözlənilən duet  - ZAMİQ § ZÜLFİYYƏ "Sənlə mən"

Xalq artisti Zülfiyyə Xanbabayeva ilə müğənni Zamiq Hüseynov bir araya gəlib.

“İki sahil” xəbər verir ki,  cütlüyü bu dəfə  birləşdirən səbəb, uzun zamandır gözlənilən duetləridir.

Məşhurlar "Sənlə mən" adlı lirik nəğməyə romantik klip də çəkdirib. Eşq dolu bəstənin sözləri Kəmalə Rüstəmzal, musiqisi isə İsmayıl Əsədova aiddir. Romantik ab - havalı ekran işinin lentə alınması yenə də peşəkar rejissor Emin Muradova və məhz bu layihə üçün Türkiyədən dəvət olunan operator Eren Yıldıza həvalə olunub. Klipdə iki sevən şəxsin həsrət dolu sevgisi təcəssüm olunur.

Ekran işi qısa zamanda xeyli bəyəni sayı toplayıb. Hər iki ulduz bu layihələrinin də seviləcəyinin əminliyini ifadə edərək, məhz ruhlarının lirikaya yaxın olduğu üçün belə bir uğurlu iş ərsəyə gətirdiklərini söyləyib.