“Bosco shoes” MMC-yə Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, şirkət Parkın ərazisində ayaqqabı istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 3,5 milyon manat olan müəssisədə 72 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub
Qusarda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib