01 mart 2024 15:55
521

Rövnəq Abdullayev AFFA prezidentliyi üçün namizəd olmayacaq

Rövnəq Abdullayev AFFA-nın prezidenti postuna namizədliyi ilə bağlı son qərarını verib.

“İki sahil” xəbər verir ki, R.Abdullayev növbəti prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.

O, Gəncə Futbol Akademiyasının açılış mərasimdə bu barədə danışıb.

2008-ci ildən AFFA prezidenti olan Rövnəq Abdullayev qarşıdakı Hesabat-Seçki Konfransında namizədliyini irəli sürməyəcəyini bildirib.