01 mart 2024 11:40
954

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək

İllər örsə də, qaysaq bağlamayan yarasından hələ də qan sızan Xocalı faciəsindən düz 32 il keçir.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə... Tarixə qanlı hərflərlə yazılan o gecə Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayı beynəlxalq hüquqi norma və prinsipləri kobudcasına pozaraq dörd bir tərəfdən Xocalı şəhərinə hücum edərək şəhəri artilleriya və ağır hərbi texnikalardn atəşə tutaraq dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətmiş, şəhərə od vuraraq yandırıb, xarabazara çevirdilər.

Qarlı, şaxtalı qış gecəsi isti evini, ocağını tərk edərək meşələrə üz tutan qız-gəlinlərimiz, ahıl qocalarımız, qundaqdakı körpələrimiz xüsusi qəddarlıqla öldürülmüş, diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, gözləri çıxarılmışdı, sağ qalanlar isə əsir götürərək amansız işgəncələrə məruz qoyulmuşdu. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib, 1275 nəfər dinc əhali əsir götürülüb ,487 nəfər şikəst olub, 150 nəfər isə itkin düşüb.Bu soyqırım aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib.

Məhz bu qanlı gecədə ermənilər dünyada ən əzazil, qəddar və qaniçən millət olduqlarını, terroru dövlət siyasətinə kevirdiklərini bir daha sübut etdilər. Bu amansız qətliam nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətə , insanlığa, beynəlxalq hüquqi normalara qarşı yönəlmiş soyqırım idi.

“ Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”-deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də Milli Məclis “ Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.Qəbul edilmiş qərara əsasən , 1992 –ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş, bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsi hər il 26 fevral tarixində Xocalı Soyqırımı Günü kimi qeyd olunsun.

Erməni qaniçənləri haqqında həqiqətlərin dünyaya çatdırılması , dəhşətli faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbayca dövləti bütün zəruri addımları atır . Bunun nəticəsində artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatlarının qərar və qətnaməsində də əksini tapıb. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində Xocalı soyqırımını tanıyıb.

30 ildən çox yaxınlarının, doğmalarının taleyindən xəbərsiz olan Xocalı artıq düşməndən azad edilib.

Xalqımız hər il Xocalı soyqırımını dərin kədər hissi  ilə yad edir. Azərbaycan xalqı heç zaman bu  faciənin ağır nəticələrinin unutmayacaq.İnanırıq ki, bu faciəni törədənlərin hər biri layiqli cəzalarını çəkəcəklər.

Mehparə Məmmədova,
Bakı şəhəri, Xətai rayonu 165 nömrəli tam orta  məktəbin ibtidai sinif müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü