02 mart 2024 17:17
308

Kəlbəcərdə yük maşını aşıb, sürücü ölüb

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib. 

“İki sahil” xəbər verir ki, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb.

Sabirabad rayonu sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.