03 mart 2024 17:00
381

Tarixi müsahibə

XXI əsr müxtəlif siyasi və iqtisadi hadisələrin zamanı kimi tarixləşməkdədir. Bu sıradan Cə¬nub Qaz Dəhlizi də, Yaşıl Enerji amili də əhəmiyyətlidir. Azərbaycan bu məsələlərə özəl siyasi dəstəyi ilə tanınır. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda müxtəlif miqyaslı toplantılar keçirilir, müzakirələr aparılır. Mart yaıın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibə də bu məsələlərə, bu mə¬slələrlə bağlı müəyyən məqamlara aydınlıq gətirdi. Müsahibənin ümumi ahəngi Azərbay¬canın istər siyasi, istərsə də iqtisadi qüdrətinin təsdiqi kimi dinlənildi: “Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik”.

Hər layihə ikitərəfli, çoxtərəfli olur. Bu layihələr müxtəlif dövlətlərin iştirakı ilə gerçəkləşə bilərdi. Azərbaycan Respublikasının Prezidenti müsahibəsində qeyd etdi ki, “Layihəni reallaşdır¬maq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”.

Dünyada yanacaq problemi var. Bu problem qarşılıqlı iqtisadi əməkdaşlıqla aradan qaldırıla bilər. Bu baxımdan Azərbaycan dünyanın maraq dairəsində olan dövlətlər sırasındadır. Azərbay¬can Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibədə perspektivlərdən də söz açdı ki, bu da dünyəvi problemin həlli istiqamətində ümidverici nəticələrin optimallaşacağı deməkdir: “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”

Müsahibə həm də əməkdaş dövlətlərə dəyərli tövsiyə ilə tamamlandı: “Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir. Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib”.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin cari ilin 1 mart tarixində Cə¬nub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibə iqtisadi əməkdaşlığı əhatələyən beynəlxalq münasibətlər baxımından tarixi müsahibə kimi izlənilir...

 Səbinə Xasayeva,

Milli Məclisin deputatı