Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Faiq Əliyev və tanışı Tehran Əliyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, F.Əliyevin idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqrama yaxın narkotik vasitə tiryək və marixuana, həmçinin 240 ədəd psixotrop tərkibli metodon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Milli Məclisin komitə sədri Siyavuş Novruzov Şərur rayonunda vətəndaş qəbulları keçirib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Lənkəran şəhərində vətəndaşlarla görüşüb
Qarabağ Universitetində beynəlmiləlləşmə: Əməkdaşlıqdan real akademik imkanlara