04 mart 2024 09:38
276

ABŞ Avropaya ən böyük LNG tədarükçüsü olaraq qalır

ABŞ 2023-cü ildə yenidən Avropanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüsü olub.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında qeyd edilib.

Bildirilib ki, Qətər və Rusiya 2023-cü ildə Avropaya ikinci və üçüncü ən böyük LNG təchizatçıları olaraq qalıb.

Qeyd edilib ki, ABŞ, Qətər və Rusiya birlikdə 2022 və 2023-cü illərdə Avropa LNG idxalının dörddə üçünü təşkil edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”