Qanunsuz saxlanılan odlu silah-sursatların əməliyyat yolu ilə aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
“İki sahil” DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadən xəbər verir ki, növbəti tədbirlər zamanı İsmayıllı rayonunda 3, Göyçayda isə 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri ayrı-ayrı şəxslərdən aşkarlanaraq götürülüb.
Araşdırmalar davam etdirilir.