04 mart 2024 20:51
271

Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib

“İki sahil” xəbər verir ki, hadisə Oğuz şəhərinin giriş hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Daevoo" markalı avtomobillə "VAZ-21015" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin, rayonun Yaqublu kənd sakini 29 yaşlı Nurəhməd Mövlamov müxtəlif dərəcəli xəsarət alıb. N.Mövlamovun vəziyyəti nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.