05 mart 2024 15:28
397

Əgər bədən çəkiniz artırsa, dərhal HƏYAT TƏRZİNİZİ DƏYİŞİN!

Piylənmə mürəkkəb xroniki xəstəlikdir. Niyə onunla mübarizə aparmaq çətindir? Bir çox xəstələr pəhriz vasitəsilə arıqlamağı bacarsalar da, sonra yenidən kökəlirlər. İnsanlar üçün həyat tərzini dəyişmək çətindir. Əksəriyyət yağlı və şirin qidaların qəbulunu məhdudlaşdıra bilmir. Amma etmək lazımdır. Bundan əlavə daha çox hərəkət etmək, həddindən artıq yeməmək, gündəlik qidalanma rejiminə əməl etmək vacibdir. Piylənmənin qarşısını almaq mumkundur.

“İki sahil” “Arqumentı i faktı” nəşrinə istinadla xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Tatyana Demidova bildirib.

Mütəxəssisin fikrincə, insanın bədən çəkisi gündəlik qidalanma rejimindən, fizikiaktivlikdən, psixoloji sağlamlıqdan, rahatlıqdan, stresli vəziyyətin öhdəsindən gəlmək qabiliyyətindən asılıdır: “Çəkinizin kritik vəziyyətə gəlib çatmasını gözləmək lazım deyil.  Vəziyyətə dərhal reaksiya vermək lazımdır. Əgər  bədən çəkisinin artması, piylənmə başlayıbsa, dərhal həyat tərzinizi dəyişdirməli, fiziki aktivliyi artırmalısınız. Bu nəticə verməyəcəyi halda dərman müalicəsinə başlamaq olar.”

Nüsrət Məmmədov, "İki sahil"