05 mart 2024 16:22
272

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilir

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilir.

“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılır.

Qeyd edək ki, “Kosmik fəaliyyət haqqında” qanunun 8.2-ci maddəsində qeyd edilib ki, kosmik fəzada olan kosmik obyektin özgəninkiləşdirilməsinə, dövlət mülkiyyətində olan kosmik obyektlərin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna uyğun olaraq özəlləşdirilməsinə, istismara yararsız vəziyyət düşmüş və məhv olmaya qarşı tam sığortalanmış kosmik obyektlər üzərində mülkiyyət hüququnun sığorta müqaviləsində nəzərdə tutulduğu halda sığorta ödənişi müqabilində sığortaçılara keçməsinə yol verilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.