05 mart 2024 16:42
244

Azərbaycanda qazlaşdırılan yaşayış məntəqələrinin sayı açıqlanıb

Azərbaycanda 2004-2023-cü illər ərzində qazlaşdırılan yaşayış məntəqələrin sayı 2 500-ü ötüb.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

"2004-2023-cu illər ərzində qazlaşdırılan məntəqələrin sayı 449-dan 2 503-ə çatıb, əhali abunəçilərinin sayı isə artaraq 2,5 min nəfərə yüksəlib", - hesabatda qeyd olunur.

Bildirilir ki, payız-qış mövsümündə istehlakçıların fasiləsiz qaz təminatı məqsədilə yeraltı qaz anbarlarına 1,9 mlrd. kubmetrə yaxın təbii qaz vurularaq 3 mlrd. kubmetrdan çox qaz ehtiyatı yaradılıb.

Hesabata əsasən, ötən il ərzində yeraltı qaz anbarlarının daha səmərəli istismarı və aktiv qaz həcmlərinin 3,5 mlrd. kubmetrə çatdırılması üçün yeni layihələr üzərində işlər davam etdirilib.