05 mart 2024 16:51
136

2023-cü ildə istehlakçılara 310.7 min kubmetr içməli su satılıb

2023-cü ildə istehlakçılara 310.7 min kubmetr içməli su satılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, 2023-cü ildə 197.5 min kubmetr həcmində tullantı sularının axıdılması xidməti göstərilib. 2022-ci illə müqayisədə su təchizatı xidmətinin həcmi 5.8 %, kanalizasiya xidmətinin həcmi 4.7 faiz, göstərilən xidmətlərin dəyəri 5.7 %, yığım 6.5 % artıb. Yığım səviyyəsi 98 % təşkil edib.

Hesabatda qeyd olunub ki, sayğaclaşma səviyyəsi artaraq 2024-cü ilin 1 yanvar tarixinə 90.2 % təşkil edib.

Hesabat ilində dövlət büdcəsindən investisiya proqramlarına uyğun olaraq ölkənin su təchizatı və tullantı sularının idarə olunması sistemlərinin yenidən qurulması və yaxşılaşdırılması, həmçinin mərkəzləşdirilmiş su təchizatı və tullantı suları ölkənin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin təmin edilməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu üzrə 213,0 min. manat investisiya ayrılıb, 257,6 min. manat həcmində tikinti-quraşdırma və əsaslı təmir işləri yerinə yetirilib. 2023-cü ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına müxtəlif diametrli 142,9 km magistral su xətləri, 694,2 km içməli su şəbəkəsi xətləri, 199,9 km içməli su birləşmələri xətləri, 17,2 km kanalizasiya kollektoru, 2,8 km mikrotunel, 91,4 km kanalizasiya xətləri, 66,1 km kanalizasiya ev birləşmələri xətləri, 1,5 km yağış suyu xətləri çəkilib, 26 ədəd subartezian quyusu qazılıb, 6 ədəd su anbarı əsaslı təmir olunub, 1 ədəd sutəmizləyici qurğular kompleksinin, 4 ədəd suqəbuledici qurğunun, 6 ədəd əks-osmos tipli sutəmizləyici qurğunun, 30 ədəd su anbarının, 8 ədəd su nasos stansiyasının, 5 ədəd tullantı sutəmizləyici qurğular kompleksinin, 4 ədəd kanalizasiya nasos stansiyasının, 1,7 min ədəd su bulağının tikinti-quraşdırma işləri tamamlanıb, 28,8 min ədəd mexaniki su sayğacı quraşdırılıb.

Bundan başqa, qeyd olunan dövrdə 6 əded su anbarının, 1 ədəd tullanti sutəmizləyici qurğunun tikinti-quraşdırma işləri, o cümlədən Abşeron yarımadasında 0,2 km magistral su, 151,6 km içməli su şəbəkəsi xətlərinin, 68.9 km içməli su ev birləşmələri xətlərinin, 9,2 km kanalizasiya kollektoru, 0,8 km mikrotunel, 23,1 km kanalizasiya xətlərinin, 9,3 km kanalizasiya ev birləşmələri xətlərinin, 1,5 km yağış suyu xətlərinin tikintisi həyata keçirilib, 10.7 min ədəd mexaniki su sayğacı quraşdırılıb. 3 ədəd həcmi 10 min kubmetr olan su anbarinin ya mahsuldarliğı 2 min kubmetr/gün olan 1 ədəd modul tipli tullantı sutəmizlayici qurğunun inşası davam etdirilib.

Qeyd olunan işlər Bakı şəhərinin Yasamal və Xətai rayonlarını, həmçinin Ramana, Mərdəkan, Qala, Binəqədi, Zabrat, Binə, Badamdar, Goradil, Süvəlan, Şağan, Saray, Novxanı, Bilgəh, Maştağa qəsəbələrini, Ələt Azad İqtisadi Zonasin əhatə etmiş, həmçinin Pirşağı Tullantı Sutəmizləyici Qurğusunun gətirici kanalizasiya kollektorlarının (Pirşağı-Kürdəxanı-Zabrat kollektoru) tikintisi, Ceyranbatan-Abşeron Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin və həmin kəmər boyu yerləşən mərkəzi anbarların tikintisi, Ceyranbatan-Maştağa-Nardaran magistral su kəmərinin bir hissasinin və bir edad su anbarinın tikintisi, "Pirşağı-Bilgəh" şərq kanalizasiya kollektorunun tikintisi layihələri üzrə aparılıb.