05 mart 2024 17:22
247

Ötən il regionlarda 142,7 km magistral su xətti çəkilib

Ötən il regionlarda 142,7 km magistral su xətti çəkilib.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, regionlarda 2023-cü il ərzində müxtəlif diametrli 142,7 km magistral su xətti, 542.6 km su şəbəkəsi xətləri, 131 km içməli su ev birləşmələri, 8,0 km kanalizasiya kollektor xətti, 2,0 km mikrotunel, 68,3 km kanalizasiya xətləri, 56,9 km kanalizasiya ev birləşmələri xətləri çəkilib.

Qeyd olunan dövrdə 18.1 min ədəd mexaniki su sayğacı quraşdırılıb, 26 ədəd subartezian quyusu qazılıb, 6 ədəd su anbarı əsaslı təmir olunub, 1 ədəd sutəmizləyici qurğular kompleksinin, 4 ədəd suqəbuledici qurğunun, 6 ədəd əks-osmos tipli sutəmizləyici qurğunun, 30 əded su anbarının, 8 ədəd su nasos stansiyasının, 5 ədəd tullantı sutəmizləyici qurğular kompleksinin, 4 ədəd kanalizasiya nasos stansiyasının, 1,7 min ədəd su bulağının tikinti-quraşdırma işləri tamamlanıb.

Bundan başqa, qeyd olunan dövrdə 3 ədəd su anbarının tikinti-quraşdırma işləri davam etdirilib.