05 mart 2024 17:46
303

Ötən il dövlət satınalmalarına büdcədən ayrılan vəsait 7,5 milyard manatdan çox olub

2023-cü ildə dövlət satınalmalarının həcmi 7,5 milyard manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 11,3% çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabat ilində bir mənbədən satınalmalar əvvəlki illə müqayisədə 577,2 mln. manat və ya 25,3% artaraq 2,86 milyard manata yüksəlib. Bu isə ümumi satınalmaların 37,8%-nə bərabərdir.

Hesabat dövründə ümumi satınalmaların 22,4% və ya 1,69 milyard manatı elektron satınalmaların payına düşüb. Qeyd edilib ki, satınalmalarda kiçik və orta sahibkarlıq subyektlərinin payı 90%-dan çox olub.