Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 220,6 min yüklülük bildirişi olub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 69,7 % çoxdur.
Başqa sözlə, yüklülük bildirişlərinin 90,6 mini ötən il qeydə alınıb. Bu da əvvəlki illə müqayisədə 91,1 % çoxdur.
Xatırladaq ki, Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri ölkədə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.