05 mart 2024 18:21
310

AMB Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinə lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Mərkəzi Valyuta" MMC-yə Bakıda daha bir valyuta mübadiləsi məntəqəsi açmaq üçün lisenziya verib.

"İki sahil” bu barədə AMB-yə istinadən xəbər evrir.

Məlumata görə, bununla da, şirkətin valyuta mübadiləsi məntəqələrinin sayı 2-yə çatıb. Yeni məntəqə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, b81 ünvanında fəaliyyət göstərəcək.

Hazırda “Bakı Mərkəzi Valyuta”dan başqa daha 4 şirkət - “Eliko”, “Delta Capital”, “Zuhur” və "Meta-Kapital" MMC-lər müvafiq lisenziyaya malikdirlər.

Xatırladaq ki, "Bakı Mərkəzi Valyuta" ilk lisenziyanı 2022-ci ildə alıb.