Portuqaliyanın paytaxtı Lissabonda Avropa Liqasının 1/8 finalının ilk oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, Joze Alvalade stadionunda “Sportinq” – “Atalanta” arasında baş tutmuş oyunu Daniel Zibertin rəhbərlik etdiyi almaniyalı arbitrlər briqadası idarə edib.
Matçın 17-ci dəqiqəsində Paulinyo dəqiq zərbə ilə Portuqaliya təmsilçisini hesabda irəli çıxarıb. 39-cu dəqiqədə berqamolular status-kvonu bərpa edib: Canluka Skamakka fərqlənib. Oyunun sonrakı dəqiqələrində qarşılıqlı hücumlara baxmayaraq, hesab dəyişməyib.
Cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb
Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar