Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
“İki sahil” xəbər verir ki, onların arasında “Qarabağ”ın futbolçusu Olavio Juninyo da var.
Braziliyalı hücumçu “Bayer”lə görüşdə 1 qol vurub və 1 qolun ötürməsini verib.
Digər namizədlər isə Stefan Əl-Şəravi (“Roma”), Pyer-Emerik Obameyanq (“Olimpik” Marsel) və Darvin Nunyesdir (“Liverpul”).
Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.
Cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb
Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar