"Qalatasaray"ın sabiq oyunçusu Səlcuk İnan Türkiyənin "Qaziantep" klubuna baş məşqçi təyin olunub.
“İki sahil” klubun rəsmi səhifəsinə istinadla xəbər verir ki, 39 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.
S.İnan 2020-22-ci illərdə "Qalatasaray"da köməkçi məşqçi, 2022-23-cü illərdə isə "Kasımpaşa"da baş məşqçi kimi fəaliyyət göstərib.
Cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb
Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar