Misli Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”un qonağı olacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib.
“İki sahil” klubun saytına istinadən xəbər verir ki, komandanın Gəncə şəhər stadionunun ehtiyat meydanında (süni örtüklü) təxminən 1 saat davam edən hazırlıq prosesində müalicəsi davam edən Abdulla Rzayev, eləcə də cəzalı olduğuna görə meydana çıxa bilməyəcək Miço Kuzmanoviç və Muhammed Kadiri iştirak etməyib.
Qeyd edək ki, "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu martın 10-da, saat 15:30-da Tovuz şəhər stadionunda keçiriləcək.
Cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb
Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar