Anasız böyüyən qızlarda ətrafdan şiddətli incik olma problemi yaşanır və bu da onların xarakterinə müəyyən qədər təsir edir.
“İki sahil” bu barədə “RuNews24”ə istinadla xəbər verir.
Sayta açıqlama verən dosenti Svetlana Betanova bildirib ki, onlar incikliyi başqalarına ötürə, cəmiyyətdən bu itkinin əvəzini çıxmaq istəyə bilərlər. Eyni zamanda bu, onlarda “çətin xarakter” formalaşdıra bilər.
“Əgər anası qızı kiçik olanda tərk edibsə, bu, çox güman ki, onun gələcək peşəkar karyerasına təsir etməyəcək. Əgər o, yeniyetmə yaşda olanda anasız qalıbsa, o, çox şeyə qadir olduğunu şüurlu şəkildə özünə sübut edə bilər. Belə motivasiya karyera yüksəlişinə səbəb ola bilər”, - Betanova qeyd edib.
Əgər uşaq yetkin yaşda anasız qalıbsa, o, böyüdükcə gələcək qayınanası ilə möhkəm münasibət qurmağa çalışacaq. Amma əksi də ola bilər - yaşlı qadınlarla ünsiyyətdən qaça bilərlər.
Moskva Təhsil və Elm Departamentinin Şəhər Psixoloji və Pedaqoji Mərkəzinin psixoloqu Alina Noskova qeyd edir ki, uşaqlara hansısa məsələ ilə bağlı razı olmadıqlarını bildirdiyi halda bunun onlar üçün pis olmayacağını aşılamaq lazımdır.
Nüsrət Məmmədov, "İki sahil"