Braziliya sakini 50 ildir ancaq kola içdiyini bildirib.
“İki sahil” “Mirror”a iatinadla xəbər verir ki, həkimlər ona dəfələrlə xəbərdarlıq ediblər ki, qazlı şirin su ona xeyirdən çox zərər verir.
Roberto Pereyra adlı bir şəxs kolaya olan həvəsi ilə Braziliyada və ondan kənarda məşhurdur. O, hətta COVID-19-a yoluxduqda belə, xəstəxana palatasında belə sevimli içkisindən vaz keçməyib.
"Mən su içmirəm, yalnız “Coke Zero" içirəm” – deyə 70 yaşlı braziliyalı bildirib.
Kolaya olan aludəçiliyi səbəbindən braziliyalıda şəkərli diabet, venoz çatışmazlığı inkişaf edib, həmçinin infarkt keçirib. Həkimlər ona bu içkidən imtina etməyi şiddətlə tövsiyə etsələr də, Pereyra onları dinləməkdən imtina edir.
“Həkimlər mənə ancaq adi su içməyi məsləhət görürlər. Amma mən bunu istəmirəm”- deyə 70 yaşlı kola həvəskarı bildirib.
Bəzi alimlər hesab edir ki, sağlamlıq üçün pəhriz kolası meyvə şirəsindən daha xeyirlidir.
Zamin Məmmədov, "İki sahil"