"Fənərbaxça" ciddi itki ilə üzləşib.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çağlar Söyüncü zədələnib.
Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin "Union"la (Belçika) ilk matçında (3:0) xəsarət alan mərkəz müdafiəçisi bu gün MRT müayinəsindən keçib. Əzələ yırtığı aşakarlanan futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" Çağlar Söyüncünü qış transfer pəncərəsi zamanı "Atletiko"dan icarəyə götürüb.
Cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb
Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar