12 mart 2024 02:37
432

Kəskin baş ağrısı hansı siqnalı verir?

"Rossiya 1" telekanalında yayımlanan "Ən vacibi haqqında" proqramında doktor Aleksandr Myasnikov şiddətli baş ağrısını ciddi xəstəliklərin inkişafının “qırmızı bayraq xəbərdarlığı” adlandırıb.

"Hər kəsin bəzən başı ağrıyır. Adətən biz deyirik: gəzin, masaj edin, həb qəbul edin və ya başqa bir şey... Amma ağrı ciddi bir səbəbdən də ola bilər, məsələn, beyinlə bağlı şiş”, - həkim xəbərdarlıq edib.

Şiddətli baş ağrılarının başqa bir səbəbi anevrizma ola bilər. İnkişaf etmədən əvvəl o, dəhşətli dərəcədə “incitməyə” başlayır. Bu, o dərəcədə olur ki, insan sözün əsl mənasında başını divara çırpmaq istəyir.

"Bu, çox təhlükəli simptomdur, demək ki, “partlamağa” hazırlaşır. Andrey Mironov səhnədə belə ölüb", - Myasnikov xatırladıb.

Verilişin aparıcısı anevrizma xəstəliyinin irsi xarakter daşıdığını bildirib. Eyni zamanda, anevrizmanın məkrliliyi onun tez-tez "səssiz" olmasıdır, heç bir şəkildə hiss oluna bilməz.

“Əgər həyatınızın ən pis baş ağrısını yaşadığınızı düşünürsünüzsə, bu ehtiyatlı olmaq və həkimə müraciət etmək üçün bir səbəbdir” ,-Aleksandr Leonidoviç belə deyib. Myasnikov, həmçinin bədən mövqeyini dəyişdirərkən və öskürərkən güclənən baş ağrılarına diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, bunlar təhlükəli simptomlardır. "Bu bəzən o deməkdir ki, sizdə şiş var və kəllədaxili təzyiq həqiqətən də artmağa başlayır. Öskürəndə isə o, başınıza yayılır."

Əgər heç vaxt baş ağrınız olmayıbsa və 50 yaşından sonra qəflətən başınız ağrımağa başlayıbsa, mütləq müayinə olunmalı və vəziyyətinizə nəzarət etməlisiniz.

Nubar Süleymanova, “İki sahil”