12 mart 2024 00:46
441

Yandex şəbəkəsi emosiyaları səslə tanıyır

“Yandex Cloud”un tərtibatçıları insan emosiyalarını səslə tanıya bilən “empatik” neyron şəbəkəsini təqdim ediblər. Texnologiya natiqin qəzəbləndiyi, qeyri-rəsmi ifadələr işlətdiyi və nalayiq sözlər işlətdiyi zaman başa düşə biləcək.

Yeni maşın öyrənmə modeli “Yandex SpeechKit” nitqin tanınması texnologiyasına əsaslanır. Sistem natiqin cinsini, səsinin yüksəkliyini və tembrini müəyyən edir. Süni intellekt real vaxt rejimində dialoq zamanı emosiyaları təhlil edir və buna uyğun reaksiya verir.

Bizneslər səsli köməkçilər və virtual zəng mərkəzi operatorları yaratmaq üçün yeni modeldən istifadə edə biləcəklər. Abunəçi əsəbiləşərsə və süni intellekt köməkçisinə qarşı kobud davranarsa, danışıq şirkət işçisinə keçə bilər. Əgər neyron şəbəkənin özü bir insana qarşı kobud davranırsa, mütəxəssis söhbətə qoşula biləcək.

Nubar Süleymanova, “İki sahil”