Ən qədim ölü qalaktika “James Webb Kosmik” Teleskopu tərəfindən kəşf edilib. İndi onun 13,8 milyard ildən çox yaşı var və o, ulduz əmələ gəlməsindən tamamilə məhrumdur.
CNN qeyd edir ki, bu qalaktika Kainatın cəmi 700 milyon il yaşı olanda artıq mövcud idi. İndi alimlər qalaktikada yeni ulduzların doğulması prosesinin niyə belə erkən dayandığını başa düşməyə çalışırlar. Bu, erkən Kainat və qalaktikalar daxilində ulduzların əmələ gəlməsinə təsir edən amillər haqqında məlumat verə bilər.
“James Webb” kosmik teleskopu üçün təxminən 10 milyard dollar xərclənib. O, 25 dekabr 2021-ci ildə orbitə buraxılıb. Bu teleskopun kosmik sələfi “Hubble” teleskopundan yüz dəfə daha “uzaqgörən” olduğu ortaya çıxdı.
“James Webb” orbital teleskopu, həmçinin erkən Kainatın uzaq bölgələrində onlarla nisbətən kiçik kvazar tapdı. Onun sistemləri tərəfindən aşkar edilən zəif qırmızı nöqtələr əslində ən böyük superkütləvi qara dəliklərin miniatür versiyalarıdır. Bu, oxşar obyektlərin əvvəllər məlum olmayan sinfidir. Onların sürətli böyüməsi kosmoloqlar və astronomlar arasında çoxlu mübahisələrə səbəb olur. Astronomları bu obyektlərin Böyük Partlayışdan sonra Kainatın tədricən elektromaqnit dalğaları üçün necə şəffaflaşmasında rolu da maraqlandırır.
Nubar Süleymanova, “İki sahil”