12 mart 2024 11:32
400

Eyni anda nəfəs almaq və danışmaq bacarığı

İnsanların eyni anda nəfəs almağı və danışmağı necə bacardığı məlum olub.

“İki sahil” “Qazeta.ru”ya istinadla xəbər verir ki, söhbət zamanı tənəffüsün və səsin koordinasiyasına xüsusi beyin dövrəsi cavabdehdir.

“Science” jurnalında dərc olunan araşdırmada qeyd edilir ki, insanın səs çıxarması üçün qırtlaq daralmalı və ciyərlərindən hava çıxmalıdır. Məlum olub ki, səslənmənin bu mərhələləri beynin xüsusi sahəsinin nəzarəti altındadır. Səslərin yaranmasına cavabdeh olan beyin hüceyrələrini birbaşa sıxışdırır.

Bununla bağlı siçanlar üzərində araşdırma aparılıb. İnsan nitqi daha mürəkkəb bir iş olsa da tənəffüsün nitq üzərində üstünlük təşkil etməsinin təməlində beyin dövrəsi mexanizmi  dayanır. Alimlər araşdırma nəticəsində müəyyən ediblər ki, insan yuxuda olarkən beyin hüceyrələri sinir impulsları yaradır.

Bu prosesin pozulması neyrodegenerativ xəstəliklərin inkişafı ilə bağlı ola bilər. Beyin hüceyrələrinin işini sinxronlaşdırmağa yönəlmiş dərmanlar Alzheimer və Parkinson xəstəliklərinin simptomlarını azalda bilər.

Nüsrət Məmmədov, "İki sahil"