Kosta-Rika sahillərində metan mənbələrinin yaxınlığında yeni qəribə qurd növləri aşkar edilib.
“İki sahil” “Qazeta.ru”ya istinadla xəbər verir ki, yeni qürd növü “Pectinereis strickrotti” adlandırılıb.
ScienceAlert yazır ki, onlar çox əlverişli olmayan mühitdə təxminən 1000 metr dərinlikdə yaşayırlar. Yeni növün nümayəndələri uzunsov bədənə malikdirlər, hər iki tərəfdən lələkli əlavələrlə əhatə olunub.
Onlar qanad kimi görünür və əsasən hərəkət üçün istifadə olunur.
Kaliforniya Universitetinin Okeanoqrafiya İnstitutunun bioloqu Dr. Qreq Rouz bildirib ki, “Pectinereis strickrotti” bir neçə səbəbə görə qeyri-adidir. Bu növ okeanın dərinliklərində yaşayır, ona yaxın olan qruplar isə daha dayaz sularda yaşayır. Digər tərəfdən 1000 m dərinlik tamamilə qaranlıq olduğundan, yeni növ kordur.