12 mart 2024 14:46
456

Polina incə bədən quruluşunun SİRRİNİ AÇIQLADI

Rusiyalı müğənni Polina Qaqarina Spb.kp.ru ilə söhbətində incə bədən quruluşunun sirrini açıqlayıb.

“İki sahil” "Lenta.ru"ya istinadla xəbər verir ki, 36 yaşlı ifaçı bir çox ulduzların arıqlamaq üçün müxtəlif preparatlara əl atmasına münasibət bildirərkən məlum olub ki, sənətçi bu cür üsulların əleyhinədir.

“Əgər özümə bir də iynə vursam, mütləq mənimlə vidalaşacaqsınız. Həyatımda kifayət qədər ekstrim yaşayıram: bu qədər uçuşlar və iş! Mən pəhriz saxlamıram.

Bu gün hətta konsertdən əvvəl şaurma yedim”, - deyə sənətçi etiraf edib.